Qiymətlərin Sabitliyi

inflyasiya sürətinin iqtisadi qərarların qəbul edilməsinə heç bir təsir göstərmədiyi vəziyyət.
Qiymətlərin İndeksasiyası
Qiymətlərin Səviyyəsi
OBASTAN VİKİ
Maliyyə sabitliyi
Maliyyə sabitliyi — şirkətin daimi ödəmə qabiliyyətinə zəmanət verən hesablarının vəziyyəti. Əsas vəsaitlərə və ya inventarlara kapital qoyuluşlarını ödəmək üçün vəsait mənbələrində dəyişikliklərin məhdudlaşdırıcı sərhədlərini bilmək müəssisənin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olan təsərrüfat əməliyyatlarının belə sahələrini formalaşdırmağa, onun dayanıqlığını artırmağa imkan verir. Müəssisənin maliyyə sabitliyi əmsalları maliyyə baxımından müəssisənin vəziyyətini aydın şəkildə nümayiş etdirir. == Müstəqillik əmsalı (muxtariyyət) == Maliyyə müstəqilliyi əmsalı müəssisənin kapitalının və ehtiyatlarının ümumi aktivlərinə nisbətinə bərabər olan maliyyə əmsalıdır. Onun hesablanması üçün məlumatlar təşkilatın balans hesabatıdır. Maliyyə müstəqilliyi əmsalı təşkilatın kapitalla əhatə olunan aktivlərinin payını göstərir (öz formalaşma mənbələri ilə təmin edilir). Aktivlərin qalan hissəsi borc vəsaitləri hesabına ödənilir. İnvestorlar və kredit verən banklar bu nisbətin dəyərinə diqqət yetirirlər. Əmsalın dəyəri nə qədər yüksək olarsa, təşkilatın öz hesabına borclarını qaytara bilmə ehtimalı bir o qədər yüksəkdir. Göstərici nə qədər yüksək olarsa, müəssisə bir o qədər müstəqildir.
Maliyyə sabitliyi şurası
Maliyyə sabitliyi şurası (ing. Financial Stability Board; abr: FSB) qlobal maliyyə sisteminə nəzarət edən və ona məsləhətlər verən beynəlxalq təşkilatdır. 2009-cu ilin aprel ayında keçirilmiş olan G20-nin London sammitindən sonra Maliyyə sabitliyi forumunun (FSF) varisi kimi yaradılmışdır. Şuraya G20-nin bütün əsas iqtisadiyyatları, keçmiş FSF (keçmiş Maliyyə sabitliyi forumu) üzvləri və Avropa Komissiyası daxildir. Beynəlxalq hesablaşmalar bankı tərəfindən idarə olunan və maliyyələşdirilən direktorlar şurası İsveçrə qanunvericiliyinə əsasən qeyri-kommersiya assosiasiyası kimi yaradılmışdır. Onun qərargahı Bazel şəhərində yerləşir. Maliyyə sabitliyi şurası G20 liderlərinin ilk böyük beynəlxalq institusional yeniliyini nümayiş etdirirdi. ABŞ Maliyyə Naziri Tim Qeytner (ing. Tim Geithne) bunu qlobal iqtisadi idarəetmə arxitekturasının “səmərəli şəkildə fəaliyyət göstərən dördüncü sütunu” kimi xarakterizə etmişdir. Maliyyə sabitliyi şurasının Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı ilə bərabər fəaliyyət göstərməsi ilə əlaqədar olaraq ona bir sıra mühüm vəzifələr verilmişdir.